Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukraynadakı mövcud vəziyyətlə əlaqədar NATO ilə əlaqələrin qurulması üzrə səylərini dayandıracaq.
ANS PRESS-in məlumatına görə, bu barədə KTMT-ın baş katibi Nikolay Bordyuja bildirib. O qeyd edib ki, KTMT Asiya-Sakit okean regionunun ölkələriylə əməkdaşlığı inkişaf etdirəcək: “Biz Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr ilə əməkdaşlığı gücləndirəcəyik. Çinlə çağırışlara və təhlükələrə qarşı birgə iş üzrə əməkdaşlığı genişləndirəcəyik. Eyni zamanda İranla narkotiklərlə mübarizə üzrə əməkdaşlığı gücləndirəcəyik”.
Xatırladaq ki, 16 apreldə NATO-nun baş katibi Anders Foq Rasmussen Şərqi Avropa İttifaqı üzvlərinin müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə paketinin qəbulu haqqında razılaşdığını açıqlayıb: “Biz Ukraynadakı böhrana münasibət bildirmək üçün müəyyən ölçülər qəbul etmişik. NATO Baltika dənizinə və şərqi Aralıq Dənizinə hərbi gəmilər göndərəcək”.