Sakinlərin etirazı polisin müdaxiləsi ilə nəticələnib.
Bir müddət öncə Sumqayıtda 10-cu mikrorayonun sakinləri ərazinin Babək küçəsi hissəsində obyekt tikintisi və bu tikintinin sakinlərin gediş-gəliş yolunu kəsməsi səbəbindən etiraz aksiyası keçiriblər.
Sakinlər sahibkara etirazlarını ərazidə ağac əkməklə bildiriblər.
Ötən gün isə ağaclar sahibkar tərəfindən kökündən çıxarılıb. 10-cu mikrorayon sakinlərinin buna etiraz etməsi isə polisin müdaxiləsi ilə nəticələnib. Polis narazı sakinləri hadisə yerindən uzaqlaşdırıb.
Hazırda ərazidə 2 post-patrul xidməti maşını var və ərazidə polis əməkdaşları keşik çəkirlər.