Biz hamımız nəyisə arzulayırıq, amma aramızda olan insanların xəyalları gerçəkləşdiyi zaman düşünməyək ki, həyatda hər şey əlvandır. Bir qayda olaraq, onlarda hər şey arzularla başlayır və arzularla da bitir.
Amma biz anlasaq ki, qurduğumuz xəyallar və onların həyata keçirilməsi -‘yaradıcı bir prosesdir’, o zaman istəkdən asılı olaraq müəyyən qaydaları sistemləşdirmək olar. Arzularımızı həyata keçirdiyimiz zaman nələrsə etməyə çalışırıq, bu yolda çarpışırıq, nəyi etmək lazımdı və ya nəyi etmək lazım deyil?- ətrafında düşünürük.
Bizi hər zaman o sual düşündürür ki, xəyallarımızı necə gerçəkləşdirək və ya öz həyatımızın yaradıcısı ola bilərik? Aşağıdakı 10 hökm sizə arzularınızın həyata keçməsinə bir addım daha yaxın edəcək:
1. Vaxtı tələsdirməmək
Yalnız böyük şeyləri arzu etməkdən söhbət gedirsə. Siz anlamalısız ki, bu qlobal bir şeydir və eyni zamanda onun reallaşması üçün daha çox vaxt lazımdır. Buna görə də, hadisələri tələsdirmək lazım deyil.
2. Susmamaq
Yəqin eşitmisiniz ki, başqalarına öz arzunuz haqqında danışmaq olmaz, yoxsa belə deyil?. Lakin bu heç də belə deyil. Arzular haqqında nəinki danışmaq, onları hər kəsə ucadan bağırmaq lazımdır. Kiminsə sizə həsəd aparmağından qorxmayın, çünki biz hələ istədiyimizi əldə etməmişik. Kim bilir, bəlkə də, gec-tez tanışlarımız arasında elələri tapılacaq ki, arzularımızın reallaşmasına kömək edəcək.
3. Boş-bekar oturmamaq
Atalar sözünə nəzər salaq: ‘Yatmış daşın altından su keçməz’. Əlbəttə, bu o demək deyil ki, biz ancaq arzu etməklə kifayətlənməliyik. Məsələn, əgər siz fotoqraf olmaq istəyirsizsə, istədiyiniz hər şeyi çəkin. Heç vaxt bilmərsən ki, bu fotolardan hansı səni daha unikal edə bilər.
4. Şansları əldən buraxmamaq
Əgər siz çoxlu səy göstərirsinizsə, arzularınız arzu olaraq qalırsa, o zaman möcüzələrə inanın. Ad günündə tortun şamlarını söndürərkən, düşən ulduzları görərkən, arzuların həyata keçməsi ilə məşhurlaşan şəhərə baş çəkərkən arzu tutun! Öz taleyinizə tez-tez xatırladın ki, o sizə hələ ən başlıca hədiyyəsini verməyib.
5. Özünüzə xəyanət etməyin
Bir arzuya sadiq qalın. O, sizin üçün ən əlçatmaz bir arzu olmalıdır. Hər gün başqa nəsə arzulamağa dəyməz. Bir arzuya sadiq qalmaq güclü istək və əzmkarlıq nümayiş etdirir.
6. Ümidini itirməmək
Heç vaxt ümidinizi itirməyin. Hətta əgər siz uzun müddət arzu edirsinizsə və gözləyirsinizsə, amma həyata keçmirsə – məyus olmaq lazım deyil. Uzun müddət gözləmək nəticəni daha çox cəlbedici edir. Əsas məsələ ondadır ki, arzunuzun yerinə yetməsi üçün kifayət qədər gücünüz olduğuna inanasınız. Ancaq siz bu istiqamətdə inadcıl hərəkət etməlisiz.
7. İllüziyalarda yox olmamaq
Biz hamımız real dünyada yaşayırıq və xəyallarımız, arzularımız bizə bunu unutdurmamalıdır. Axı yalnız arzular üçün yaşamaq da, axmaqlıqdır. Bu yeganə arzu sizin həyatınızda bir ‘mayak’ olsun, amma bütün həyatınızı buna sərf etməyin.
8. Həqiqətin üzünə baxmaq
Elə insanlar var ki, onlar arzularını özlərinə etiraf etməkdən qorxurlar. Bu nədən baş verir? Bunun müxtəlif səbəbləri ola bilər. Kimsə öz arzusunun gülməli və ya axmaq olduğunu düşünür, kənardakı istehzalardan qorxur. Amma arzunuzu ürəyinizdə gizləyib saxlamağa dəyərmi? Öz arzularınızdan utanmayın, onun həyata keçməsi üçün yollar axtarın.
9. Qətiyyətlə hərəkət etməmək
Başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq olarmı? Əlbəttə yox. Şərin törətdiyi bəhrə arzuların yerinə yetməsindən doğan bütün sevinci poza bilər. Ona görə də çalışın ki, sizin arzunuz başqalarının arzularının həyata keçməsinə mane olmasın.
10. Məyus olmamaq
Bəzən sizin arzunuz gerçəkləşir, amma siz ondan heç də razı qalmırsınız. Onda nə etmək olar? Ən yaxşısı- heç nəyə məyus olmayın. Bu haqda yaxşı bir atalar sözü var: ‘Heçnə etməyib məyus olmamaqdansa, nəsə edib məyus olmaq yaxşıdır’. Uzun müddət arzuladığınızı həyata keçirdiyiniz üçün özünüzə minnətdar olun. Bu, hər kəsə nəsib olmur.
Əgər bir qapı bağlanırsa, digəri mütləq açılır, yerinə yetmiş bir arzunun yerinə digər yeni arzu gəlir. İstənilən halda, siz artıq arzunu necə həyata keçirməyi bilirsiniz.
Bahar Fəttahova