Dünyanın ən məşhur futbolçuları maraqlı bir video çarxa çəkilib. ANS PRESS-in məlumatına görə, reklam çarxı “Nike” şirkətinə məxsusdur. Reklam çarxı izləyicilərin marağına səbəb olub.
Belə ki, 1 gün əvvəl portala yerləşdirilən video çarxa artıq 5 milyona yaxın istifadəçi baxıb. Reklam çarxında əsas rolda portuqalyalı ulduz futbolçu Kristiano Ronaldo çəkilib.
Ronaldodan başqa, çarxda Neymar de Silva, Ueyn Mark Runi, Zlatan İbrahimoviç, Cerard Pike, Qonzalo Herardo İquain, Mario Hötze, Eden Hazard, Tiyaqo Silva, Andrea Pirlo, Devid Luiz, Andres İniesta, Tibo Kurtua və Tim Huvard da yer alıb.
Qeyd edəki ki, Ronaldonun nişanlısı İrina Şayk da reklamda çəkilib. O, azarkeş kürsüsündə oturaraq Ronaldoya “öpüş” göndərib.
Çarx “Risk everything” (Hər şeyə risk et) adlanır.