Türkiyə çempionatında 31-ci turun oyunları keçirilib.
Virtualaz.org xəbər verir ki, lider “Fənərbaxça” öz meydanında “Çaykur Rizəspor”la heç-heçə edib.
“Fənərbaxça” bununla da sona 3 tur qalmış ən yaxın izləyicisi “Galatasaray”la xal fərqini 12-yə çatdıraraq çempionluğunu rəsmiləşdirib. Bu “Fənərbaxça”nın tarixində 19-cu çempionluğudur.
Qeyd edək ki, “Fənərbaxça” cəzası səbəbilə oyunu yalnız xanım və 14 yaşa qədər uşaqların qarşısında oynayıb. Buna baxmayaraq azarkeşlər “Şükrü Saracaoğlu” stadionunu doldurub.
Həbs ediləcəyi gözlənilən Aziz Yıldırım da çepionluğu qeyd edərkən klubunun yanında olub.