Rusiyanın Zabaykalskiy diyarının Bolşoy Tura bölgəsində yerləşən hərbi hissədə partlayış baş verib. AzNews.az-ın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ilkin olaraq 11 nəfərin həlak olduğu, 34 nəfərin isə xəsarət aldığı bildirilir.
Son məlumatlara əsasən, partlayışdan sonra yanğının qarşısı alınıb. Yerli sakinlərin bildirdiyinə görə, ümumilikdə 20 partlayış olub. Hadisənin silah-sursat anbarında baş verdiyi də deyilir. Partlayış hərbi hissəyə yaxın kənddə yaşayış evlərinə zərər vurub. Bəzi evlərin dam örtüyü dağılıb, məktəblərin şüşələrini sınıb.
Faktla bağlı cinayət işi başlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə Çita-Karımskaya istiqamətində qatarların hərəkətində məhdudiyyət yaradıb. Təhlükə hələ də qalmaqdadır.