Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə verdiyi başsağlığı qalmaqalı gündəmdən itməmiş AKP iqtidarı Ermənistanı məmnun etmək üçün yeni addım atıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi erməni şair Səyat Novanın əsərlərini həm erməni, həm də türk dilində çap edəcək.
Artıq nazirlik erməni tərcüməçilərlə də razılığa gəlib: bir kitabda S.Novanın şeir və mahnıları erməni, eləcə də türk dilində dərc ediləcək.
Nazirlikdən bildirilir ki, kitab iyun ayında hazır olacaq.
Bundan başqa, Türkiyənin məşhur “Sabah” qəzeti sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyova məxsus olan “Çırpınırdı Qara dəniz” mahnısının erməni şairi Səyat Novana məxsus olduğunu iddia edib.
Azvision.az