Avropa Birliyi (AB) xarici işlər nazirləri səviyyəsində Rusiyaya qarşı sanksiyalar siyahısını daha 13 nəfərin hesabına genişləndirib. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bundan sonra onların da aktivləri dondurulacaq və AB ölkələri ərazisinə girişi yasaqlanacaq.
Bundan əlavə, “qara siyahı”ya Krımın iki şirkəti daxil edilib. Beləliklə, sanksiya tətbiq olunan şəxslərin sayı 61-ə çatıb.
O da məlum olub ki, təşkilat hələlik sanksiyaların üçüncü, ən ağır fazasına keçməyə hazır deyil. İngiltərənin xarici işlər naziri Uliyam Xeyq bu xüsusda bildirib ki, əgər Rusiya Ukraynadakı prezident seçkilərini pozsa, o zaman üçüncü faza sanksiyalar labüd olaq işə düşəcək.
Musavat.com