Səlcuq Özdağ bahar şənliklərini qeyd edən bəzi hicablı tələbələrə etiraz edib
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Manisa şəhərindən olan millət vəkili Səlcuq Özdağ bahar şənliklərindən birində özündən çıxıb.
ANS PRESS-in məlumatına görə, universitetlərdən birində tələbələr bahar şənliklərini qeyd edərkən hicablı qızlardan bəziləri oğlanların çiyinlərində oynamağa başlayıb.
Bu isə AKP-li millət vəkilin sərt reaksiyasına səbəb olub. Millət vəkili “twitter” sosial şəbəkəsində bunları yazıb: “Bahar şənliklərində hicablı qızların oğlanların çiyinlərində oturduqlarını görəndə çox utandım. Eh, dəyərlər harda qaldı. İnsan başının olduğu yerdə deyil, ağlının olduğu yerədədir”.
AKP-li millət vəkilinin “twitter” sosial şəbəkəsində yazdıqları birmənalı qarşılanmayıb.