Ölmüş mədənçinin 2 yaşlı qızı Hira Nur mərasim iştirakçılarının diqqət mərkəzində olub
Somada mədən qəzasında vəfat edənlər üçün kütləvi cənazə mərasimi keçirilib. Savaştepe məhəlləsində keçirilən mərasimdə ölmüş mədənçinin 2 yaşlı qızı Hira Nur mərasim iştirakçılarının diqqət mərkəzində olub. Məlumata görə, mədən qəzasında ölən Sedat Toprakın qızı atasını cənazəsini öpüşlərlə yola salıb. Atasının tabutunu oxşayan kiçik qız tabutun üztündəki şəkli öpür.
Bildirilir ki, 34 yaşlı Sedat Toprak ailə qurduqdan sonra 10 il ata ola bilməyib. Uzun müddət davam edən müalicə prosesindən sonra ata olan Toprak dünyaya gələn qızını ancaq 2 il sevə bildi.
Sedat Toprak qılınan cənazə namazından sonra torpağa tapşırılıb.
Allah rəhmət eləsin.