Türk futbolçu Arda Turan İspaniyada Dünya Kuboku təqdimat reklamında oynayıb.
ANS PRESS-in məlumatına görə, “Atletiko Madrid”in ulduz oyunçusu Braziliyada keçiriləcək olan 2014 Dünya Kubokuna sayılı günlər qala maraqlı bir reklam çarxında yer alıb.
İspaniyadakı bir televiziya kanalının yayımladığı təqdimat filmində oynayan Arda Turanın maraqlı tərzdə hərəkətləri marağa səbəb olub.
Tanıdım çarxında qəribə rəqsləri ilə diqqət çəkən Ardanın videosu sosial şəbəkələrdə insanlar tərəfindən maraqla qarşılanıb.