Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində baş vermiş mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı kampaniya davam edir.
Modern.az saytı xəbər verir ki, mayın 21-də bu kampaniyaya qoşulan Milli Məclis deputatlarının sayı bir nəfər də artıb. Belə ki, deputat Xanhüseyn Kazımlı xeyriyyə aksiyasına 500 manat yardım edib.
Bununla da kampaniyaya qoşulan azərbaycanlı millət vəkillərinin sayı 17-yə çatıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Modern.az-a bildirilib ki, dünən 006 saylı ödəniş tapşırığı ilə Türk Kızılayının Zıraat Bankındakı müvafiq hesabına Azərbaycandan 13000 USD/10197 AZN vəsait köçürülüb.
Modern.az saytı kampaniyaya qoşulan deputatların adlarını təqdim edir.
№ | Tarix | Ad və Soyad | Qəbz № | Məbləğ (AZN) | Məbləğ (USD) |
1 | 16.05.2014 | Novruz Aslanov Millət Vəkili ,AzQAC-Prezidenti |
№ 515657 | 500 AZN | 637 USD |
2 | 16.05.2014 | Quliyev Eldar – Millət Vəkili Azərbaycan Kooperasiya Universitetinin rektoru | № 515663 | 1000 AZN | 1275 USD |
3 | 16.05.2014 | Orucov Ayaz-Millət Vəkili | № 515665 | 1000 AZN | 1275 USD |
4 | 17.05.2014 | Qənirə Paşayeva-Millət Vəkili | № 515674 | 1200 AZN | 1530 USD |
5 | 17.05.2014 | Süleymanov Tahir – Millət Vəkili | № 515670 | 200 AZN | 255 USD |
6 | 17.05.2014 | Əşrəfov Arif Əşrəf oglu – Millət Vəkili | № 515671 | 200 AZN | 255 USD |
7 | 17.05.2014 | Fərəcov Nazim – Millət Vəkili | № 515672 | 200 AZN | 255 USD |
8 | 20.05.2014 | Əliyev Adil Abış oglu – Millət Vəkili | № 515682 | 780 AZN | 1000 USD |
9 | 20.05.2014 | Eldar Ibrahimov Millət Vəkili | № 515683 | 78 AZN | 100 USD |
10 | 20.05.2014 | Həsənov Malik Əvəz oglu – Millət Vəkili | № 515684 | 1000 AZN | 1275 USD |
11 | 20.05.2014 | Fazil Mustafa – Millət Vəkili | № 515685 | 156 AZN | 200 USD |
12 | 20.05.2014 | Agacan Abiyev Millət Vəkili | № 515687 | 500 AZN | 637 USD |
13 | 20.05.2014 | Nəriman Əliyev Millət Vəkili | № 515689 | 1000 AZN | 1275 USD |
14 | 21.05.2014 | Qasimli Musa Cəfər oglu Millət Vəkili | № 515692 | 150 AZN | 190 USD |
15 | 21.05.2014 | Feyziyev Cavanşir Əyyub oglu Millət Vəkili | № 515693 | 1000 AZN | 1275 USD |
16 | 21.05.2014 | Qənizədə Çingiz Millət Vəkili | № 515694 | 100 AZN | 127 USD |
17 | 21.05.2014 | Kazımlı Xanhüseyn – Millət Vəkili | № 515697 | 500 AZN | 637 USD |
Cəmi | 15741 AZN | 20058 USD |
Modern.az