Dünən keçirilən Azərbaycan kubokunun final matçı ilə mövsümə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, həlledici görüşdə “Qəbələ” və “Neftçi” klubları üz-üzə gəlib.
Bu komandalar kubokun finalında ilk dəfə üz-üzə gəliblər. “Neftçi” indiyədək 8 dəfə final oynadığı halda, “Qəbələ” klubu ilk dəfə bu hüquqa yiyələnib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda əsas vaxt 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. “Neftçi” bu seriyada daha dəqiq oynayaraq Azərbaycan kubokunun sahibi olub.
Qeyd edək ki, hər iki klub yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək.