Sosial şəbəkələrdə qətlə yetirilmiş jurnalist, hüquq müdafiəçisi Anna Politkovskayanın fikirləini əks etirən video çarx yerləşdirilib.
Axar.az qısa tərcümə ilə həmin ifadələri diqqətinizə çatdırır:
“Bir önəmli məqam var. Düşündüm ki, deyim, ya yox. Danışsam, mənə qarşı olmazın tənqidlər başlayacaq ki, çeçenləri müdafiə etməklə ruslara qarşıyam. Biz 12 ildir ki, Çeçenistanla savaş aparırıq. Hələ də qalib deyilik. Doğrudur, ola bilər, elə bir çeçen tapılar ki, Kreml tərəfindən nəzarətdə saxlanılsın. Çeçen müharibəsinə baxanda soruşmaq istəyirsən – hanı o dediyiniz möhtəşəm rus məramı, savaşı? Necə qalib gəlməliyik ki, uğurla qürurlanaq? Şəhərlərin, kəndlərin bombalanması hələ qalibiyyət meyarı deyil. Rusların başı kəsilən, gözü çıxarılan ölü çeçen meyitlərini lentə alması və qürurlanması inanın, iyrənclikdən başqa bir şey deyil. Bu hərbi etikaya sığmayan hərəkətdir. Onda soruşuram: hanı qəhrəman rus döyüşçüsü? Amma çeçenlərin tərəfində belə şəxslərə rast gəlmək olar. Basayev və digər bu tip adamları nümunə göstərmək olar. Başqa nümunə, Ruslan Gelayev –mişarla öz əlini kəsib, sərhədçinin birini öldürmüşdü. Göstərin ruslardan belələrini! Rus generalları yalnız sıravi əsgələri araq dalınca göndərməyi bacarırlar. Budanovmu? Etməyin! Qara dəniz sahilləri lazım idi, getdik çərkəzləri qılıncdan keçirdik. Bax, biz buyuq”. Xatıradaq ki, tanınmış hüquq müadiəçisi 7 oktyabr 2006-ci ildə 48 yaşında evinin qarşısında qətlə yetirilib. O, Prezident Vladimir Putinin çeçenlərə yönəlik siyasətini, həmçinin, Çeçenistan rəhbəri Ramzan Kadırovun despot hərəkətlərini ciddi tənqid edən şəxslərdən idi.