Los Ancelesdə müğənni Cennifer Lopezin münsifliyini etdiyi “American İdol” yarışmasının final mərhələsi keçirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər zaman cazibədar görünməyi bacaran Cennifer final şousunda da ənənəsinə sadiq qalib.
Yarışmadan milyonlar qazanan ifaçı səhnədə maraqlı çıxışlar edib. Müxtəlif geyimlərlə diqqəti üzərinə cəlb etməyi bacaran sənətçi gecənin qaliblərindən də çox danışılan adlar arasında olub. İfaçının dəlisov çıxışları da böyük maraq doğurub.