“Ayna-Zerkalo” qəzetinin həsbdə olan əməkdaşı Rauf Mirqədirovun atasının dəfnində iştirak eləyib.
ANS PRESS-in məlumatına görə, həbsdə olan jurnalist atasının məzarı üstündə çıxış edib. O bildirib ki, həbsdə saxlandığı müddətdə ona heç bir təzyiq göstərilməyib. Rauf Mirqədirov həmçinin atasının dəfnində iştirak etmək üçün ona icazə verildiyinə görə təşəkkür edib.
Dəfn mərasimində Rauf Mirqədirovla yanaşı “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və professor Cəmil Həsənli də iştirak edib.
Dəfn mərasimindən sonra Rauf Mirqədirovu MTN-in avtomobilinə qoyaraq dəfn yerindən aparılıb.