“Ayna-Zerkalo” qəzetinin həbs edilən əməkdaşı Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov dünyasını dəyişib. Bu barədə məlumatı Facebook-da vəkil Fuad Ağayev yazıb. Onun yazdığına görə, bir qədər əvvəl Rauf Mirqədirovun anası zəng edərək, həyat yoldaşının vəfat etdiyini deyib. Həbibulla Mirqədirovun 84 yaşı var idi.
“İndicə müstəntiq İbrahim Ləmbəranski ilə danışdım ki, Raufun atasının dəfnində iştirakını təmin etsin. Dedi ki, rəhbərliyə məruzə edəcək”, – vəkil yazıb.
Xatırladaq ki, dünən səhər saatlarında Həbibulla Mirqədirovun Yasamal rayonu ərazisində, “Üç tac” yaşayış kompleksinin yaxınlığında yerləşən evində axtarış aparılmışdı.