Ötən gün NASA yer sakinləri üçün sürpriz hazırlayıb. ANS PRESS-in məlumatına görə, “selfie” dəbinə uyğunlaşan NASA “qlobal selfi” çəkdirib. “Qlobal selfi”də iştirak etmək istəyənlər sadəcə #GlobalSelfie haştaqı ilə şəkillərini sosial şəbəkədə yerləşdirmək tələb edilib.
Daha sonra bütün bu haştaqla paylaşılan fotolar toplanılıb və iki yarımkürə formasında böyük mozaika yaradılıb. Nəticədə yerin tamamilə yeni portreti yaranıb. Bu portret 36 422 fotonun köməyi ilə meydana çıxıb.
Bu aksiyada 113 ölkənin sakinləri iştirak ediblər. Ən çox foto Amerikadan gəlib – 50 min. Layihənin saytında foto tam həcmdə yerləşdirilib. Onun üzərinə vurmaqla fotonu böyüdərək hər fotoya baxmaq olar.