Bu gecə, saat bir radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin mərkəzində yerləşən kafelərdən birində kütləvi dava baş verib. Axar.az əməkdaşının verdiyi məlumata görə, səbəbi bəlli olmayan kütləvi davanın qarşısını almaq üçün Post Patrul Xidmətinin iki qrupu hadisə yerinə gəlib. Ancaq təxminən 50 nəfərə qədər adamın kütləvi davasında daha ciddi xəsarət alan elə polis əməkdaşları olub. Gözü qızan kütlə bir neçə Post Patrul Xidməti əməkdaşını yerə yıxaraq, amansızlıqla təpikləyiblər. Əməkdaşımızın verdiyi məlumata görə, polis əməkdaşlarına ciddi xəsarət yetirilib, onların al-qana boyandıqları da bildirilir. Hadisə yalnız əlavə polis qüvvələri insident yerinə cəlb olunduqdan və davanın baiskarı hesab olunan bir neçə gəncin qaçmasından sonra sakitləşib. Saxlanılanlar barədə hələlik məlumat yoxdur.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.