Türk pop musiqi müğənnisi Gülşen mayın 25-i gecəsi çoxdandır gözlənilən Bakı konserti ilə azərbaycanlı pərəstişkarlarına unudulmaz anlar yaşadıb.
ANS PRESS-in məlumatına görə, sevilən ifaçı konsertdə fərqli albomlarında yer alan hit mahnıları ilə yanaşı, yeni mahnılar da səsləndirib.
Heydər Əliyev Mədəniyyət Sarayında səhnəyə çıxan müğənni Bakıya gəldiyi üçün xoşbəxt olduğunu və ona qarşı göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Konsertə təşrif buyuran məşhurlar içərisində Röya da yer alıb. O, konsertdə oğlu Hüseyn ilə birgə iştirak edib. Konsert zamanı Hüseynin Gülşənə gül verməsindən sonra müğənni, ”Röya, sən mənim dostumsan. Bu gün səninlə birlikdə mahnı oxumağı çox istəyirəm” deyərək onu səhnəyə dəvət edib. Daha sonra Röya səhnəyə çıxaraq birlikdə Sezen Aksunun ”Sarışınım” adlı mahnısını duet oxuyublar. Onların bu ifası tamaşaçılar tərəfindən çox bəyənilib və alqışlanıb.