Türkiyədə “Gəzi Parkı” ilə bağlı hadisələrin birinci ildönümündə yenidən polislə etirazçılar arasında qarşıdurmalar baş verir.
Publika.az xəbər verir ki, İstanbulda polis Taksim meydanı və ətrafında geniş təhlükəsizlik tədbirləri görüb. Meydana aparan bütün yollar polis tərəfindən bağlanılıb.
İstiqlal prospektində toplanıb Taksim meydanına girmək istəyən qrupa polis gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib. Etirazçılarla polis arasında toqquşuma başlayıb. Polis etirazçıları ara küçələrə doğru qova bilib.
Bundan başqa İstanbulun Qazi, Beşiktaş və bir sıra iri məhəllələrində də polislə etirazçılar arasında şiddətli toqquşmalar yaşanır.
“Gəzi Parkı” hadisələrinin ildönümü ilə bağlı etiraz aksiyaları Ankara başda olamaqla Türkiyənin digər iri şəhərlərində də keçirilir. Bu şəhərlərdə də polisin sərt müdaxiləsi var.