Böyük 7-lik ölkələrinin liderləri Suriyada keçirilən prezident seçkilərinin legitimliyini tanımayaraq, bu aksiyanı “saxta” hesab edib.
AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, G7 liderləri bu barədə açıqlmanı Belçikanın paytaxtı Brüsseldə işgüzar şam yeməyi zamanı qəbul etdikləri kommünikedə bildiriblər.
Sənəddə qeyd olunub ki, Suriyada Bəşər Əsəd rejimi tərəfindən iyunun 3-də keçirilən prezident seçkilərini pisləyib: “Bəşər Əsədin Suriyada gələcəyi yoxdur”.
Xatırladaq ki, iki gün əvvəl Suriyada prezident seçkiləri keçirilib. Səsvermənin nəticəsinə əsasən Bəşər Əsəd 88.7 faiz səslə qalib gəlib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.