İllərdir çəkildiyi Türkiyə də daxil olmaqla dünyanın onlarla ölkəsində, o cümlədən Azərbaycanda maraqla izlənilən Osmanlı tarixinin bir hissəsindən bəhs edən “Muhteşem yüzyıl” serialı sona çatır. ANS PRESS-in məlumatına görə, serial bu həftə ekranlara vida edəcək.
Baş rollarını Halit Ergenç (Sultan Sülyman Qanuni), Engin Öztürk (Sultan Səlim) və Pelin Karahan (Mihrimah Sultan) canlandıran serialın son seriyası sabah yayımlanacaq.
Artıq internetdə milyonlarla izləyicisi olan serialın son seriyasının anonsları da yayımlanmağa başlayıb.
Son seriyada Sultan Süleyman tamamilə qocalıb. Getdikcə gücdən düşən Sultan son səfərinə hazırlaşır. Son döyüşünə gedən Sultan geri dönməyəcəyini özü də yaxşı anlayır.