Mərhum Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış.
Azərbaycanda əsgər suda boğularaq batıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində batan 1995-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Əbdürrəhmanov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri olub.
Mərhum Yevlax rayonundan həqiqi hərbi xidmətə çağırılıbmış. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.