İyunun 12-də Türkiyədə, “İstanbul Azərbaycan Kültür Evi”ndə yazar Aysel Əlizadənin “Erkekler” kitabının imza mərasimi keçiriləcək.
Publika.az-ın məlumatına görə, 2011-ci ildə Azərbaycanda işıq üzü görən əsər türk dilinə tərcümə olunaraq bu il “İqkültürsanat yayıncılık” nəşriyyat evində çap olunub.
Bu, Ayselin “Bəyaz kürk” hekayələr toplusundan sonra Türkiyədə nəşr olunan ikinci kitabıdır.