Ağdaşda dəhşətli hadisə baş verib. Rayonun Qaradeyin kənd sakini, 1992-ci il təvəllüdlü Mənsur Hüseynov ildırım vurması nəticəsində ölüb.
AzNews.az EL TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün saat 20:30 radələrində baş verib. Həmin vaxt sahədə qoyun otaran Mənsur Hüseynov at belində telefonla danışırmış.
Hadisə zamanı 1 at, 1 quzu da tələf olub. İldırım vuran 2 inək isə hələlik sağdır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.