Bakıda avtobus sürücülərinn özbaşınalığı davam edir. Bu barədə demək olar ki, hər gün sosial şəbəkələrində bildirilib.
ANS PRESS-in məlumatına görə, bu dəfə “YouTube” video portalına yüklənən videoda paytaxtın Goradil qəsəbəsində hərəkət edən orta tutumlu sərnişin avtobusu yolda sürətlə hərəkət etdiyi görünür. Sürücü içi sərnişinlə dolu avtobusu sürətlə sürməsilə yanaşı, həm də “avtoş”luq edir.
Sürücü avtobusu qarşıda gələn maşının düz üstünə sürür.