Məktəblinin ölümqabağı yazdığı son status: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm”
Bakıda məktəbli oğlan Facebook-da dostları ilə sağollaşıb özünü öldürdü. Dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində olub. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.
A.Məmmədov özünü öldürməmişdən az öncə Facebook profilində status yazıb: “İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun dostlar. İnşallah gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.
Sabunçu rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, A.Məmmədovun intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb
http://s005.radikal.ru/i209/1406/94/56c192d21208.jpg
http://i054.radikal.ru/1406/e1/8a3df1197e42.jpg
http://i051.radikal.ru/1406/8c/a82d449c3e0f.jpg