Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Xətai Rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, hadisə iyunun 16-da saat 12:30 radələrində rayonun Məhəmməd Hadi küçəsi 72 ünvanında qeydə alınıb.
Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Şəmşid oğlu Qurbanov kirayə yaşadığı mənzildə həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızı Qurbanovanın bədən və boğaz nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib. R. Qurbanov ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
R. Qurbanov polisə gələrək, könüllü təslim olub.
Hazırda faktla bağlı cinayyət işi açılıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.