Dünya Çempionatının açılış mərasimində möhtəşəm performansla çıxış edən Cennifer Lopez yenə pərəstişkarlarını sevindirib.
ANS PRESS-in məlumatına görə, tanınmış müğənni yeni mahnısı olan “Booty” üçün çəkdirdiyi klipdən ilk görüntüləri paylaşıb.
44 yaşlı cazibədar müğənni digər kliplərində olduğu kimi burada da seksual rəqsləri ilə xüsusi diqqət çəkməyi bacarıb. Bir neçə günə təqdim ediləcək klipdə ötən il populyarlaşan “twerk” rəqsinə yer verib. Müğənninin “twerk” rəqsində nə qədər mahir olduğu yayımladığı klipin tiserindən də aydın olur. Müğənni 1,06 dəqiqəlik tanıtım çarxı ilə izləyənləri heyran edib.
Qeyd edək ki, müğənni yeni klipi haqqında bu ilin yanvar ayında “twitter” hesabından bildirmişdi.