Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya dövlət başçısı Vladimir Putinə ölkəsindəki rus jurnalistlərin təhlükəsizliyini təmin etməyə söz verib.
Modern.az İTAR-TASS-a isinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, P. Poroşenko bununla bağlı Kreml rəhbəri Vladimir Putinlə əlaqə saxlayıb. Kreml rəsmisinin sözlərinə görə P.Poroşenko Luqanskda həlak olan rus jurnalistlərə görə V. Putinə başsağlığı verib. D. Peskov bildirib ki, telefon danışığında Rusiya ilə Ukrayn arasında münasibətlərin qaydaya salınması məsələsi də müzakirə olunub.
Qeyd edək ki, Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri İqor Kornelyuk və səs rejissoru Anton Voloşin Luqanskda gedən döyüşlər zamanı öldürülüb.