ABŞ Rusiyanın beş iri müəssəsinə qarşı sanksiyalar tətbiq edib. Modern.az rus KİV-lərinə istindadən bildirir ki, bu sanksiyalar gələn həftə keçirilməsi planlaşdırılan Avropa İttifaqının sammitində müzakirəyə çıxarılacaq. Bir sıra siyasi analitiklərin fikrincə ABŞ Moskvaya qarşı “sektoral sanksiyaların” tətbiqinə çalışır. Bu sanksiyaların kökündə Rusiyanın enerji daşıyıcılarının idxalını məhdudlaşdırmaq barədə qərar yaxud da rusiyalı xüsusi mülkiyyətçilərə məxsus kapitalın sərbəst dövriyyəsini əngəlləmək dayanır. Bu Qərbin “ağır arteleriyası” hesab olunur.
Vaşinqton artıq neçə vaxtdır ki, özünün avropalı müttəfiqlərinə belə formatın tətbiqini təklif edir. Bunu açıq olaraq ABŞ dövlət katibinin avropa işləri üzrə köməkçisi Viktoriya Nuland səsləndiirb. Nuland bu günlərdə Marşall fondunda çıxışı zamanı bildirib ki, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı “enerji, bank və müdafiə sektoruna tətbiq edəcəyi sanksiyalar üzərində işləyir”.
Nuland bildirb ki, Aş Evdə Rusiyaya qarşı tətbiq olunacaq bu sanksiyaların Qərbə qarşı bumeranq effekti verə biləcəyini anlayırlar.