Rza Zərrabın mühafizəçiləri tələbələri döyüb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki tələbə Rza Zərraba qarşı şüarlar səsləndirdiklərinə görə Azərbaycanlı iş adamının mühafizəçiləri tərəfindən döyülüblər.
Hadisə Türkiyənin Bodrum şəhərində baş verib. Tətilə gələn bir qrup tələbə gəmi ilə tura çıxıblar. Bu zaman Rza Zərrabın yaxtasını görən tələbələrdən ikisi “bu yaxtanı hansı pulla aldın” , “oğru var” deyə qışqırıblar.
Turda olduqları üçün tələbələrə heç nə deməyən mühafizəçilər onların şəhərə gəlməsini gözləyib.
Adı açıqlanmayan iki tələbə şəhərdə gəzərkən Rza Zərrabın mühafizəçiləri tərəfindən döyülüblər. Yaxınlıqda olan sakinlərin müdaxiləsindən sonra mühafizəçilər ərazidən uzaqlaşıb. Əraziyə həkim çağırılıb.
Türkiyə mətbuatının yazdığına görə, hadisədən sonra Rza Zərrabın mühafizəçiləri Bodrum polisinə çağırılıblar. Onların ifadəsi alınıb. Tələıbələrdən ifadə alındıqdan sonra mühafizəçilər polis idarəsindən qara “Range Rover” markalı qara şüşəli avtomobillə uzaqlaşıblar. Tələbələrin qarşı tərəfdən şikayətçi olmadığı bildirilir.