Təyyarənin kapitanı ilə əlaqəli yeni faktlar əldə olunub.
Artıq üç aydır ki, itkin düşən Malaziya sərnişin təyyarəsinin axtarışları davam edən vaxtda təyyarənin kapitanı ilə əlaqəli yeni faktlar əldə olunub.
Kapitanın simülyatorunda silinmiş məlumatları tapan səlahiyyətli şəxslər təyyarənin Hind okeanının cənubunda kimsəsiz bir adaya endirildiyi qənaətinə gəlib.
İstintaqı icra edən şəxslər kapitanın evində aparılan axtarışlar nəticəsində təyyarənin uçuş cihazının xəritəsində Hind okeanının cənubundakı bir yolu göstərdiyini aşkar edib.
Qeyd edək ki, Malaziya Hava yollarına aid olan sərnişin təyyarəsi 239 nəfərlik sərnişinlə 8 mart tarixində Kuala Lumpurdan Pekinə gedərkən yoxa çıxıb, hadisə müasir hava nəqliyyatı tarixinin ən böyük sirlərindən biri olaraq xarakterizə edilir.