Gəncədə intihar hadisəsi baş verib. Gəncə Şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 26-da saat 19 radələrində şəhərin Nizami küçəsində baş verib.
Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Zərinə Əhmədova yaşadığı evdə özünü otağındakı divara vurulmuş rəfdən iplə asaraq intihar edib.
İntihar səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.