Türkiyənin 2009-cu ildə “Eurovision” təmsilçisi olmuş gənc müğənni Hadisənin bacısı yeni şəkli sosial şəbəkədə səs salıb.
ANS PRESS-in məlumatına görə, Avropada top qovan türkiyəli məşhur futbolçu Arda Turan keçmiş sevgilisi Sinəm Kobaldan ayrıldıqdan sonra adı bir çox model və ya aparıcılarla hallanmağa başlayıb. Ulduz futbolçunun təkliyindən istifadə edən qız fanatları onu rahat buraxmırlar. Bunlardan ən sonuncusu isə tanınmış müğənni Hadisə Açıkgözün stilistliyini öz üzərinə götürən bacısı Dərya Açıkgöz olub.
Belə ki, Dərya Açıkgöz məşhur futbolçu Arda Turanla çimərlik geyimində şəkil çəkdirərək sosial şəbəkədə “qürurumuzdur” qeydi ilə paylaşıb. Şəkli görənlər cütlüyün aralarında səmimi hisslərin olduğunu bildiriblər.