Türkiyənin Fətullah Gülənin Haqqa Xidmət Partiyası (HHP) adında yeni bir partiya ilə siyasətə girəcəyi iddia edilir.
Yeni partiyada hakim partiya AKP-dən istefa edən səkkiz millət vəkilinin də yer alacağı vurğulanır.
Həmin millət vəkillərinin sırasında rüşvətə qarşı 17 dekabr əməliyyatından bir gün əvvəl AKP-dən istefa edən bitərəf millət vəkili Hakan Şükür daha aktiv fəaliyyət göstərir.
İddiaya görə, Gülən camaatı yeni partiyanın seçkilərə girə bilməsi üçün Gənc Partiyanın rəhbərliyi ilə əlaqəyə girib.