Türkiyənin tanınmış müğənnisi Mustafa Ceceli azan oxudu.
ANS PRESS-in xəbərinə görə, Ceceli bu axşam Türkiyənin ictimai kanalı TRT-də ramazan ayı münasibəti ilə keçirilən iftar proqramında iştirak edib.
Proqramda dini-mənəvi dəyərlər barədə söhbət edən müğənni vaxtaşırı ilahilər də söyləyib.
Proqramın sonunda isə iftar vaxtının çatması ilə müğənni şam azanını oxuyub.
Ceceli müğənnilikdə olduğu qədər, azan verməkdə də məharətli olduğunu nümayiş etdirib.
Xatırladaq ki, Mustafa Ceceli ötən il də iştirak etdiyi ramazan proqramında azan oxumuşdu.