Dünyanın ən möhtəşəm saprano səsinə malik ifaçının seçimi Yusif Eyvazovdur.
Dünyanın ən möhtəşəm saprano səs tembrinə malik opera müğənnisi Anna Netrebko azərbaycanlı tenorla ailə həyatı quracaq.
ANS PRESS-in məlumatına görə, Annanın yaxınları bu barədə mətbuata məlumat veriblər.
Onlar bildiriblər ki, opera ifaçısı azərbaycanlı Yusif Eyvazovla nikah bağlayacaq.
“Yusif bu il Facebook səhifəsində ürəyinin boş olduğunu yazıb. Daha sonra o, Anna ilə qarşılaşıb. Onlar bir-birilərini seviblər. Yusif birlikdə çəkdirdikləri şəkli sosial şəbəkədə paylaşıb. Daha sonra o şəklə “bu, sevgi və xoşbəxtlikdir” rəyini yazıb”.
Cütlüyün hələ nişanlanmadığı bildirilir.
Yusif Eyvazov Bakı Musiqi Akademiyasını bitirib. Böyük teatrda və Milan Teatrında aparıcı rollarda çıxış edib.
Qeyd edək ki, Anna Netrebko keçən ilin noyabrında öz oğlunun atası olan uruqvaylı tenor Ervin Şrottomdan boşandığını elan edib. Onların nikahı altı il davam edib.