Yarışma avqustun 28-də baş tutacaq. Bu il Çində keçiriləcək “Miss Bikini World” yarışmasında Azərbaycanı “Venera” model agentliyinin üzvü İradə Quliyeva təmsil edəcək. Bu haqda Axsam.az-a Türkiyədə yaşayan model Günay Musayevanın mətbuat katibi xəbər verib. O deyib ki, bikini yarışmasında münsif kürsüsündə Azərbaycanı Günay təmsil edəcək: “Bu müsabiqənin ölkəmizlə bağlı bütün hüquqları ona aiddir. İradənin təmsilçi kimi seçilməsində də Günayın təşəbbüsü olub. Yarışma avqustun 28-də baş tutacaq”. Model agentliyinin rəhbəri Samirə Rəsulova (Syama) İ.Quliyevanın “Miss Bikini World”də iştirakı ilə bağlı bunları deyib: “İradəni Günay Musayeva ilə birlikdə seçdik. Modelimiz yarışmanın təşkilatçıları ilə müqavilə imzalayıb. Avqustda Çinə yola düşəcək. Uğur qazanacağımıza inanırıq”.