Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın vəziyyəti ağırlaşıb. Əməkdar artistin ailə üzvlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hazırda onun vəziyyəti çox ağırdır:
“Sabah İsrailə getməlidir. Sabaha sağ çıxıb-çıxmayacağını bilmirik. Vəziyyəti çox ağırdır”.
Əməkdar artistin ailə üzvü X. Qafarovanın dünyasını dəyişməsi ilə bağlı mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “İndi onun ölməsi barəsində xəbərlər yayılıb. Belə bir şey yoxdur. Lakin vəziyyəti çox ağırdır”.
X.Qafarova ötən gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini demişdi.
*****
10:51
Uzun zamandır ki, xəstə yatan əməkdar artist Xanım Qafarovanın ölüm xəbəri yayılıb.
Publika.az-a daxil olan xəbərə görə, onun səhər tezdən rəhmətə getdiyi bildirilir.
Amma bütün cəhdlərimizə rəğmən, xəbəri təsdiq etmək üçün əlaqə saxladığımız nömərələrin heç biri cavab vermir.