Partlayışın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir
İstanbulda güclü partlayış olub.
ANS PRESS-in məlumatına görə, partlayış tramvay dayanacağının yanında yerləşən dükanlardan birində baş verib.
Partlayış dayanacağa yaxın ərazidə baş verdiyinə görə, xeyli sayda adam yaralanıb. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq bilinmir.