Türkiyənin “Atv” kanalında yayımlanan İftar proqramında din xadiminə maraqlı sual verilib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin tanınmış ilahiyyatçısı professor Nihat Hatipoğlu geniş auditoriya qaşısında aparıcılıq etdiyi Ramazan proqramında gənc bir oğlanın maraqlı sualını cavablandırmalı olub.
Belə ki, canlı yayımlanan proqram iştirakçılarından bir gənc oğlan ayağa qalxaraq, din xadiminə bu cür sualıla müraciət edib:
“Bir hermofrodit insan öldüyü zaman onun cənazə namazı hansı niyətlə qılınır?”
Sualı eşidən ilahiyyatçının üzündə təbəssüm yaranıb və çox gözəl sual olduğunu vurğulayıb. O bildirib ki, həmcins olanlar 2 cür ola bilər; birincisi kişidir – özünü qadın kimi hiss edir və ya qadındır özünü kişi kimi hiss edir. İkincisi, yaradılışda iki cür orqanı ola bilər. Lakin onlarda orqanlardan biri, digərinə nisbətən ön plandadır. Yəni daha çox hansı cins o şəxsdə üstünlük təşkil edirsə, o cür qəbul edilməlidir.
“Qısacası, insan yaradılışda hansı cinsdə yaradılıbsa, o niyyətlə də namazı qılınmalıdır” – deyə Hatipoğlu qeyd edib.