“Kral klubu” Dünya Kubokunun parlayan ulduzu Rodriqesi heyətinə qatmaq istəyir
“Real Madrid” klubu Dünya Kubokunun parlayan ulduzu Rodriqesi heyətinə qatmaq istəyir.
ANS PRESS-in məlumatına görə, bu barədə iddialar İspaniya mətbuatında yer alıb. AS qəzetinin iddiasına görə ispan klubu kolumbiyalı futbolçu üçün “Monako”ya 70 milyon avro ödəməyə hazırdır.
Dünya Kubokunda göstərdiyi performansla hər kəsin təqdirini qazanan və 6 qolla “Qızıl buts” mükafatının sahibi olan Rodriqes də “Real Madrid”də oynamaq istəyir.
Futbolçunun transferi üçün bütün yollardan istifadə edən kral klubu “Monako”ya braziliyalı oyunçusu Kasemironu da təklif edib. Kolumbiyalı futbolçunun “Real Madrid”dən illik 7,5 milyon avro qazanacağı iddia edilir.
Xatırladaq ki, Ceyms Rodriqes ötən mövsüm 45 milyon avro qarşılığında “Portu”dan “Monako”ya transfer olmuşdu.