Ukraynanın Donetsk vilayətində, Rusiya-Ukrayna sərhədinin 60-cı kilometrliyində Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsi qəzaya uğrayıb. Modern.azxarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub. Məlumata görə onların hamısı ölüb.
Qəza ilə bağlı müxtəlif versiyalar səslənir. İddiaya görə təyyarə vurulub. Təyyarənin Amsterdamdan Malaziyanın paytaxtı Kualo-Lumpura uçduğu bildirilir.