Ukrayna qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın dünyada terrorçu təşkilatlar kimi tanınması üçün müraciət hazırlayır.
Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ukryan prezidenti Petro Poroşenko twitter-dəki bloqunda yazıb. “Bu gün biz DXR və LXR-in dünya ölkələri tərəfindən terrorçu təşkilatlar kimi tanınması üçün müraciət hazırlayırıq” – prezident yazıb.
Xatırladaq ki, sözügedən qurumlar Ukraynanın şərqində separatçı hərəkatın qızışdırılmasında və yüzlərlə insanın ölümündə günahkar hesab edilir. Malayziyaya məxsus “Boeing 777” mülki təyyarənin raketlə vurulması da separatçıların növbəti qanlı əməli sayılır və rəsmi Kiyev ilk gündən faciəyə görə məsuliyyəti qondarma qurumun rəhbərlərinin üzərinə qoyub.
Musavat.com