Müğənni Röya Ayxan İnstaqram səhifəsində söz-söhbətdən bezdiyini bildirib.
Axşam.az-ın məlumatına görə, sənətçi ötən gün Türkiyənin TMB kanalında “Pərəstişkarların savaşı” yarışmasında xalq artisti Aygün Kazımova ilə üz-üzə qoyulmasından yazıb:
“Mənim əzizlərim, bu gün çıxan xəbərlər sizi sarsıtmasın. Mən fanatlarımızın savaşını izləməyi xoşlamıram. Bir-birimizi sevək, hörmət edək, bəsdir. Söz-söhbətdən bezdim. Biz sevilmək üçün iş görürük, savaşmaq üçün yox. Qalib gəlməli başqa problemlərimiz var. Sizi sevirəm. Məni mən etdiyiniz üçün çox sağ olun”.