Bu şəkil Qəzza sektorunda çəkilib.
Gprdüyünüz kimi, bir dəstə yeniyetmə zavallı bir boz eşşəyi tutaraq mavi rənglə boyayıblar, böyründə İsrail bayrağının rəsmi çəkiblər.
Kənardan məzəli şəkil təsiri bağışlayır. Gülməlidir. Bəlkə burada kreativlik də tapmaq olar.
Amma bu, nifrətdən doğur. Fələstinli yeniyetmələr aramsız bombardmanın, öldürülən günahsız insanların qisasını bu cür – İsrail bayrağını təhqir edərək aldıqlarını düşünürlər.
İsrail tərəfi də, güman ki, bu şəkli yumorla qarşılamayacaq, daha da aqressiv olacaqlar. Hələ ola bilər ki, dəqiq raket zərbəsi ilə eşşəyin boyandığı küçəni də vuracaqlar.
O Amerikadır, eşşəl ölkənin ən böyük iki partiyasından birinin – demokratların totemi, simvoludur. Qərbdə bu heyvandan çoxdan kimisə aşağılamaq, təhqir etmək üçün istifadə etmirlər.
Burası şərqdir. Burada eşşəyə də münasibət fərqlidir, bayrağın təhqir olunmasına da.
Musavat.com