Ukraynanın Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko brifinq keçirərək bildirib ki, Malaziyanın sərnişin təyyarəsi separatçı “Donetsk Xalq Respublikası”nın terrorçuları tərəfindən “Buk-5m” zenit-raket qurğusu ilə vurulub.
Modern.az xəbər verir ki, onun sözlərinə görə, bu dəhşətli qurğu terrorçulara Rusiya tərəfindən çatdırılıb. Brifinqdə məlumat verərkən Nalivayçenko deyib: “14 iyulda ilk xəbər yayılıb ki, artıq terrorçularda “Buk” qurğusu var. Amma bu xəbərin təsdiqi üçün əlimizdə dəlil yox idi. İyulun 17-də faciə baş verən günü “Buk-5m” qurğusunun ekipajı ilə birlikdə Suxodolsk tərəfdən terrorçulara çatdirildiğı barədə dəqiq məlumat aldıq”.
O, əlavə edib ki, həmin gün Rusiyadan 3 ədəd SAU “Qvozdinka” da göndərilib.
”Bundan başqa sərhədçilərimiz tərəfindən 2 nəfər Rusiya vətəndaşı da saxlanılıb. Onlardan birinin hərbi biletində ixtisasının “Atəşaçma üzrə korrektorçu” olduğu yazlmışdı”.
Ən başlıcası isə Ukraynanın Təhlükəsizlik Xidməti 3RK “Buk”un göndərilməsi haqqında terrorçu komandirlərin danışıqlarını anban açıq-aydın yazıblar.