Slovakiyanın yüksək liqasının “Podbrejova” – “Spartak (Miyava) matçında kuryoz qol qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, 30-cu dəqiqədə “Spartak” hesabı açdıqdan sonra futbolçuların başı meydanın özlərinə aid olan hissəsində qolu qeyd etməyə qarışıb.
Bu zaman baş hakim “Podbrejova”nın oyuna mərkəzdən başlamasına icazə verib. Meydan sahibləri qonaqların başının qarışmasından istifadə edərək rəqib qapısına hücum edib və topu tora qovuşdurub. Ancaq “Partak” sonrakı dəqiqələrdə qələbə topunu vura bilib – 1:2.